• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Bu il əlilliyi olan 5 mindən çox şəxs işlə təmin edilib - FOTO

    CƏMİYYƏT

    03 Dekabr 2025 | 16:08

    Bu il əlilliyi olan 5 mindən çox şəxs işlə təmin edilib - FOTO

    Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluğunun təminatı istiqamətində də mühüm işlər aparılır. Həmin işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi cari ildə əlilliyi olan daha 5 min 505 nəfər şəxsi işlə təmin edib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu il də Agentlik tərəfindən əlilliyi olan 1261 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

    Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur.

    Bu il əlliliyi olan 458 nəfər şəxs peşə kurslarına cəlb olunub. Kursları başa vuranların işlə təminatına da dəstək göstərilib.


    SON XƏBƏRLƏR