• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

AQTA-dan Rusiyadan gətirilən konservlərlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

03 Dekabr 2025 | 17:27

AQTA-dan Rusiyadan gətirilən konservlərlə bağlı AÇIQLAMA

Rusiya istehsalı olan və halal adı altında satıldığı iddia edilən mal əti konservlərinin tərkibində donuz ətinə aid DNT izlərinin aşkarlandığı barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən məhsulların Azərbaycana da idxal edilməsi mümkündür və bu məsələ ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Bakıvaxtı.az-ın məlumatına görə, AQTA-nın mətbuat xidməti İlkin Kərimov Axar.az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb və hazırda bununla bağlı araşdırma aparılır:

“Qeyd olunan məlumatlar diqqətlə araşdırılır. Məsələ agentliyin nəzarətindədir. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.


SON XƏBƏRLƏR