• Bakı 12° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır

CƏMİYYƏT

03 Noyabr 2025 | 20:45

Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır

Gələn il üçün özəl sektorda çalışanların icbari tibbi sığortahaqqını ödəmə qaydasına dəyişiklik edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Həmçinin sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2%, 2500 manatdan yuxarı olan hissəsindən 0.5% sığorta haqqı tutulacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydaya görə, sığortaolunan və sığortaedənin hər biri üçün əməkhaqqı 8000 manatadək olduqda sığortahaqqı 2%, əməkhaqqı 8000 manatdan çox olduqda isə 0.5% sığortahaqqı tutulur.


SON XƏBƏRLƏR

03 Noyabr 2025