• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

CƏMİYYƏT

03 Dekabr 2025 | 18:13 | Müəllif: Subhan Mahmudov

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 3 nömrəli cədvəli – "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"in "c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular" yarımbəndinin "Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular" sütununun "Boy (sm-lə)" sətrinin 17-ci qrafasında "170" rəqəmləri "160" rəqəmləri ilə əvəz edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026