• Bakı 13° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA

CƏMİYYƏT

03 Noyabr 2025 | 17:45

Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA

Ana Vətən Partiyasının növbədənkənar Qurultayının nəticəsi və sədr seçilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Demokrat.az-a partiya sədri postuna namizəd Elçin Ağamalı özü bildirib.

O deyib ki, Ana Vətən Partiyasının növbədənkənar Qurultayının protokolu, digər sənədləri və videoçəkilişlər bu gün Ədliyyə Nazirliyinə təqdim edilib:

“Azərbaycan ədliyyəsinin ədalətli qərarına güvənir və məsələyə obyektiv qiymət veriləcəyinə inanırıq”.

Eoçin Ağamalı qeyd edib ki, nazirliyə müraciəti barədə atası Fəzail Ağamalı ilə danışığı olmayıb:

“Fəzail Ağamalıya ayrıca məlumat verməmişəm, amma mətbuatdan bilirdi ki, sənədləri təqdim edəcəyik”.

Bacısı, deputat Günay Ağamalının prosesə maneə törədə biləcəyi ehtimalı barədə isə Elçin Ağamalı bunları deyib:

“Gələcək addımlarla bağlı bir şey demək istəmirəm, Ədliyyə Nazirliyinin qərarının gözləyəcəyik. Prosesləri qabaqlamaq istəməzdim. Qərardan sonra digər addımları düşünəcəyik”.

Növbəti parlament seçkilərində namizəd olub-olmayacağı barədə suala Elçin Ağamalı belə cavab verib:

"Hələ parlament seçkilərinə 4 il var. Onunla bağlı nəsə demək olduqca çətindir. Seçkilər öncəsi bu barədə qərar vermək olar. Hələ vaxt var, indidən nəsə desəm, qeyri-ciddi olar".


SON XƏBƏRLƏR

03 Noyabr 2025