• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Çelsi"nin futbolçusu "Qarabağ"la oyundan DANIŞDI

İDMAN

03 Noyabr 2025 | 20:36 | Müəllif: Subhan Mahmudov

"Çelsi"nin futbolçusu "Qarabağ"la oyundan DANIŞDI

“Qarabağ”la oyuna hazırıq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” komandasının futbolçusu Entso Fernandes UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur matçından öncə London klubunun rəsmi saytına açıqlamasında deyib.

Argentinalı yarımmüdafiəçi qitənin ən nüfuzlu klub turnirində hər matçın önəmli olduğunu bildirib:

“Çempionlar Liqasında oynamağı sevirik. Ötən mövsüm turnirə vəsiqə qazanmaq üçün çox mübarizə apardıq və indi belə bir fürsətə sahibik. Ona görə də hər matç bizim üçün çox vacibdir”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Çelsi” görüşü saat 21:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026