• Bakı 12° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azarkeşlərdən üzr istəyirəm - "Neftçi"nin məşqçisi

İDMAN

02 Dekabr 2025 | 22:16

Azarkeşlərdən üzr istəyirəm - Neftçinin məşqçisi

"Neftçi"nin məşqçisi Sənan Qurbanov azarkeşlərdən üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bunu "Zirə" komandası ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

O, məğlub olduqları qarşılaşmanı şərh edib:

"Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik. Bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm".

Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu "ağ-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə bitib. Komanda 1/8 finalda mübarizəni dayandırıb.


SON XƏBƏRLƏR