• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azərbaycan kuboku: Bu gün daha üç oyun olacaq

İDMAN

03 Dekabr 2025 | 09:05

Azərbaycan kuboku: Bu gün daha üç oyun olacaq

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində daha üç qarşılaşma olacaq.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyununda “İmişli” öz meydanında kubokun son qalibi “Sabah”ı qarşılaşacaq.

Bu cütün qalibi 1/4 finalda bu gün keçiriləcək “Karvan-Yevlax” - “Qarabağ” görüşünün qalibi ilə üz-üzə gələcək.

“Şamaxı” isə “Baku Sportinq”i qəbul edəcək. Bu oyunun qalibi növbəti mərhələdə “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları bir matçdan ibarətdir.


SON XƏBƏRLƏR

02 Dekabr 2025