• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Məğlub olduqlarına görə azarkeşlər tərəfindən döyüldülər

İDMAN

02 Dekabr 2025 | 22:30 | Müəllif: Subhan Mahmudov

Məğlub olduqlarına görə azarkeşlər tərəfindən döyüldülər

Fransanın “Nitsa” klubunun futbolçuları Jeremi Boqa və Terem Moffi azarkeşlərin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, insident Fransa Liqa 1-in 14-cü turunda “Loryan”a 1:3 hesabı ilə uduzulan oyundan sonra baş verib.

Məlumata görə, səfər matçından qayıdan komandanı bazada təxminən 400 qəzəbli fanat qarşılayıb. Azarkeşlər əvvəlcə baş məşqçi Frank Ezeyə istefa tələbi ilə səsləniblər, daha sonra isə aqressiv davranışlara keçiblər. Onlar futbolçularla mübahisə edib, onlara tüpürüb və fiziki təzyiq göstəriblər. Hadisə zamanı ən çox zərər çəkənlərin məhz Boqa və Moffi olduğu bildirilir.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Nitsa” Liqa 1-də 17 xalla 10-cu pillədə qərarlaşıb. Avropa Liqasında isə durum daha ağırdır: komanda 36-cı – sonuncu yerdədir və hələ də xal qazanmamış yeganə komandadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026