• Bakı 12° C

    11.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”

İDMAN

02 Dekabr 2025 | 19:14

“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”

Almaniya millisinin sabiq futbolçusu və Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mesut Özil partiyanın Konqres Mərkəzində keçirilən “Kitabxana söhbətləri” layihəsinin qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Telefonundakı ən məşhur adla bağlı sualı cavablandıran Özil diqqətçəkən açıqlama verib.

“Telefonumda nömrəsi olan ən məşhur adam Prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Çünki qalanı yalandır”, – deyə o söyləyib.

Özil futbol karyerasına yenidən başlamaq ehtimalını da istisna edib:

“Profesional həyata və futbola qayıtmaq kimi bir niyyətim yoxdur. İstanbulda qurduğum bir layihə var, inşaatına start verilib. Bir il sonra tamamlanacaq. Orada futbol akademiyası yaradacağam. Məqsədim 11–18 yaşlı gənclərə dəstək olmaq, onları dünya futbol səhnəsinə çıxarmaqdır”./“Qafqazinfo”


SON XƏBƏRLƏR