• Bakı C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

“Fənərbağça”da yeni seçkilər keçiriləcək

İDMAN

31 Dekabr 2025 | 14:15

“Fənərbağça”da yeni seçkilər keçiriləcək

Türkiyənin “Fənərbağça” klubunun idarə heyəti növbədənkənar seçki xarakterli ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, klubun cari ilin sentyabrında seçilmiş prezidenti Sadəddin Saran bu addımı rəhbərliyin etimadını qazanmaq məqsədilə atıb.

Məlumata görə, qərarın qəbul edilməsində ötən həftə klubun sabiq prezidenti Ali Koçun Saranla keçirdiyi görüş və irəli sürdüyü təkliflər həlledici rol oynayıb.

Saran komandanın seçki prosesindən mənfi təsirlənməməsi və transfer planlarının pozulmaması üçün konqresin mövsümün son oyununa uyğun planlaşdırılmasını təklif edib. Bu qərar texniki heyət tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Sadəddin Saran sentyabrın 21-də keçirilmiş seçkilərdə Ali Koçu üstələyərək klubun 34-cü prezidenti seçilmişdi./Teleqraf 


SON XƏBƏRLƏR

30 Dekabr 2025