Rusiyanın qadınlardan ibarət “Zenit” komandasında çıxış edən Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya Avropa klublarından təklif alıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bir neçə ölkədən təklifləri nəzərdən keçirdiyini söyləyib: “Rusiya, Türkiyə və Avropanın digər klublarından təkliflər var. Hələlik bu barədə düşünürəm. Sərfəli təkliflər olarsa, dəyərləndirəcəyəm”.
Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.
Bakı 



