• Bakı 11° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

"Real"ın futbolçusu yenidən zədələnib

İDMAN

02 Dekabr 2025 | 20:24

Realın futbolçusu yenidən zədələnib

İspaniyanın "Real" (Madrid) komandasının sol cinah müdafiəçisi Ferlan Mendi yaşıl meydanlara qayıtdıqdan cəmi bir həftə sonra növbəti dəfə zədənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı fransalı futbolçu sağ budundan zədə alıb və onun vəziyyəti ilə bağlı bərpa prosesinin müddəti sonradan müəyyənləşdiriləcək.

Mendi noyabrın 26-da UEFA Çempionlar Liqasının əsas mərhələsində "Olimpiakos"a (4:3) qarşı oyunda 90 dəqiqə meydanda olub. O, aprel ayından bəri ilk rəsmi matçına çıxmışdı.

Qeyd edək ki, Ferlan Mendi ötən mövsüm "Real"ın heyətində bütün turnirlər üzrə 31 oyunda iştirak edib və 2 qol ötürməsi ilə yadda qalıb.


SON XƏBƏRLƏR