Qidalanma üzrə ekspertlər son zamanlar daha tez-tez bildirirlər ki, hazır qida sənayesində geniş istifadə olunan rafinə olunmuş soya yağı sağlamlıq üçün ən zərərli yağlardan sayılır. Bir çox insan bitki yağlarının hər zaman faydalı olduğunu düşünür, lakin bu, həmişə belə deyil. Xüsusilə yüksək temperaturda bişirdikdə, bəzi yağlar parçalanaraq orqanizm üçün təhlükəli maddələr yarada bilər.
Bakıvaxtı.az xarici mediaya istinadla yüksək temperaturda bişirmə üçün uyğun yağlar barədə xəbər verir.
Çütəxəssislərin sözlərinə görə, yüksək temperaturda bişirmə üçün kokos yağı, kərə yağı bə rafinə edilmiş palma yağı idealdır. Bu yağlar daha sabitdir və qızdırıldıqda təhlükəli oksidləşmə prosesinə daha az meyllidir.
Ən zərərli yağlar hansılardır?
Soya yağı, qarğıdalı, kolza (raps) yağı, günəbaxan və saflor yağı istilik qarşısında daha tez oksidləşir və sərbəst radikalların yaranmasına səbəb olur, bu da hüceyrələrin qocalmasını və immunitetin zəifləməsini sürətləndirir:
Bu yağların əksəriyyəti qida sənayesində geniş istifadə olunduğundan insanlar çox vaxt onları bilmədən qəbul edirlər. Xüsusən mayonezlər, hazır souslar, yarımfabrikatlar, şirniyyat məmulatları və hətta bəzi çörək məhsullarının tərkibində.
Soya yağı niyə xüsusilə təhlükəlidir?
Ekspertlər bildirirlər ki, soya yağı fitoestrogenlər ehtiva edir və xüsusilə qadınlarda hormonal balansı poza bilər, temiki işlənmiş soya yağı orqanizmdə sərbəst radikalların yığılmasına səbəb olur, bu proses hüceyrə yaşlanmasını sürətləndirir, immuniteti zəiflədir./lent
Bakı 


