• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

İşə düzəltmək adı ilə dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

CƏMİYYƏT

03 Dekabr 2025 | 13:01

İşə düzəltmək adı ilə dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət idi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə kecirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Abbas Hətəmovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə Abbas Hətəmovun 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qeyd edək ki, ittihama görə, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovdan oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltmək adı ilə söz verib.

Həmçinin Abbas Hətəmovun digər dələduzluq əməllərinin olduğu da qeyd edilib.

O, 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

02 Dekabr 2025