• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Məsafədən (distant) iş əmək müqaviləsiylə tənzimlənəcək

CƏMİYYƏT

03 Dekabr 2025 | 12:32

Məsafədən (distant) iş əmək müqaviləsiylə tənzimlənəcək

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.


SON XƏBƏRLƏR

02 Dekabr 2025