• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Bu qəsəbədə işıq olmayacaq

CƏMİYYƏT

03 Dekabr 2025 | 12:37

Bu qəsəbədə işıq olmayacaq

Bu gün Qobu qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qobu qəsəbəsində 3 dekabr tarixində 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində – Səməd Vurğun və Hərbi şəhərçik küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.


SON XƏBƏRLƏR

02 Dekabr 2025