Yasamalda rayonunda baş verən yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir:
"Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir".
Bakı 



