Ukrayna Xarici İşlər nazirinin birinci müavini Sergey Kislıtsya Ukrayna-Rusiya müharibəsinin mövcud təmas xətti üzrə atəşkəslə dayandırılmalı olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbulda keçirilən TRT World Forum 2025-də çıxış edən Kislıtsya ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin bu məsələdə eyni mövqedə olduqlarını deyib.
O, ABŞ-nin müharibənin dayandırılması istiqamətində əsas beynəlxalq aktor olduğunu vurğulayıb.
Kislıtsya həmçinin Türkiyənin sülh prosesində fəal rol oynadığını və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyinin önəmini qeyd edib.
Əli Hüseynov
Bakı 


