Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı istənilən vaxt təşkil oluna bilər, lakin indi ekspertlər səviyyəsində nəticə əldə etmək çox vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun işçi və ekspertlər səviyyəsində aparılan işlərlə bağlı verdiyi açıqlamaları xatırladaraq deyib: "Telefon danışığı istənilən vaxt mümkündür, onu tez təşkil etmək olar. Məhz ekspertlər səviyyəsində konkret nəticələr əldə edilməlidir ki, bu da daha sonra ən yüksək səviyyədə təmasların əsasını təşkil edəcək".
Aynur Babazadə
Bakı 



