• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

KİV: Türkiyə altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

DÜNYA

03 Dekabr 2025 | 13:38

KİV: Türkiyə altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

"Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı düşünür".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentlik xatırladır ki, Türkiyə 1993-cü ildə Qarabağ münaqişəsində Azərbaycanla həmrəy olaraq sərhədini bağlayıb. Nəşr əlavə edir ki, Bakı ilə münasibətlərdə diplomatik sıçrayış və Türkiyə ilə sərhədin açılması Ermənistanın Baş naziri Nikol Paşinyana iyun seçkilərində əhəmiyyətli üstünlük verəcək. 

Mənbələr bildiriblər ki, o, qalib gəlsə, Bakı və İrəvan sülh sazişini yekunlaşdıra biləcək, bundan sonra Türkiyə Ermənistana səfir təyin edə və diplomatik münasibətləri bərpa edə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Dekabr 2025