• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Makron Çindədir

DÜNYA

03 Dekabr 2025 | 15:42

Makron Çindədir

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü üç günlük dövlət səfəri üçün Çinə gəlib. Səfər zamanı o, Ukrayna ilə atəşkəs əldə etmək üçün Rusiyaya təzyiq etməkdə Pekinin dəstəyini qazanmağa cəhd, həmçinin ticarət və diplomatik danışıqları müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Makronun ofisi qeyd edib ki, Fransa Çin şirkətlərindən daha çox investisiya cəlb etməyə və Fransa ixracatının bazara çıxışını asanlaşdırmağa çalışır.

Səfər zamanı iki ölkənin rəsmiləri enerji, qida sənayesi və aviasiya sektorlarında bir sıra sazişlər imzalayacaqlar.

Əlavə edilib ki, Makron ədalətli və qarşılıqlı faydalı bazara çıxışı müdafiə etməyə sadiqdir. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR