• Bakı 21° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Misir Rəfah sərhəd-keçid məntəqəsinin açılması xəbərlərini təkzib edib

DÜNYA

03 Dekabr 2025 | 15:35

Misir Rəfah sərhəd-keçid məntəqəsinin açılması xəbərlərini təkzib edib

Misir hakimiyyəti Qəzza zolağı ilə Misiri birləşdirən Rəfah sərhəd-keçid məntəqəsinin tezliklə açılması ilə bağlı xəbərləri təkzib edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ərəb Respublikasının Dövlət İnformasiya Xidməti məlumat yayıb.

"Bəzi İsrail KİV-lərində Rəfəh keçidinin tezliklə açıla biləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sərhəd keçidinin yenidən açılması ilə bağlı razılıq əldə olunarsa, ABŞ prezidenti Donald Trampın hazırladığı sülh planında nəzərdə tutulduğu kimi, bu keçid həm Qəzzadan çıxışlar, həm də anklav ərazisinə giriş üçün açıq olacaq", - Misir Dövlət İnformasiya Xidmətindəki yüksək səviyyəli mənbə vurğulayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR