• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Qərbin dəstəyi Paşinyanı xilas edəcək? - AÇIQLAMA

DÜNYA

03 Dekabr 2025 | 14:39

Qərbin dəstəyi Paşinyanı xilas edəcək? - AÇIQLAMA

“Hazırda Ermənistan iqtisadiyyatında böyümə müşahidə olunur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert qeyd edib ki, hətta bizim region üçün qeyri-səciyyəvi olan və daha çox Hindistan, Çin kimi ölkələrdə rast gəlinən iqtisadi böyümədən söhbət gedir:

"Bunun səbəblərinə dair bir neçə fikir səsləndirilir. Birinci məsələ odur ki, Rusiya Qərbin sanksiyalarından yayınmaq üçün Ermənistan üzərindən dünyaya çıxış əldə edir, məhsullarını xarici bazarlara ixrac edir. Faktiki olaraq bu mexanizm təxminən 20 milyard dollara qədər əlavə ticarət dövriyyəsi yaradır. Düzdür, Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu rəqəmin 5 milyard dollar olduğunu iddia etmişdi. Ancaq bir müddət sonra 9 milyard, daha sonra isə 14 milyard dollar olduğunu etiraf etdilər. Rusiya və Ermənistan arasında iri həcmli ticarət dövriyyəsi davam etməkdədir. Burada bir sıra istiqamətlərdə - həm Çindən, həm BƏƏ-dən, həm də Fransadan Rusiyaya daxil olacaq mal və xidmətlər Ermənistan üzərindən daxil olur. Aydın məsələdir ki, bu import və eksportlar Ermənistanın rəsmi statistikasında məcburən öz əksini tapır".

Analitik vurğulayıb ki, Rusiyanın Ermənistan üzərindən qızıl ticarətini həyata keçirdiyi də deyilir:

"Rusiya bəzi məhsulları almaq üçün valyuta rezervlərindən deyil, birbaşa qızıldan istifadə edir. Qızıllar Ermənistan bankları adından satılaraq valyutaya çevrilir və alış-verişə sərf olunur. Yəni Rusiyanın izi silinir”.

Turab Rzayev: Rusiyanın Ermənistan üzərindən qızıl ticarətini həyata keçirdiyi də deyilir

Müsahibimizə görə, məsələnin digər tərəfi isə hazırda həm daxildə, həm də Rusiya tərəfindən təzyiqlərə məruz qalan Paşinyan hökumətinə Qərbin siyasi və iqtisadi dəstəyi ilə bağlıdır. Dediyinə görə, Paşinyan ermənilərə verdiyi vədləri reallaşdıra bilmir və bu da etirazlara səbəb olur:

“Ona görə də Aİ və digər qurumlar vasitəsi ilə Paşinyan hökumətinə iqtisadi yardımlar edilir”.

Qeyd edək ki, son illərdə Ermənistanda qeydə alınan, ekspert çevrələrində çox vaxt xarici amillərlə əlaqəli uğur nümunəsi kimi təqdim olunan yüksək iqtisadi artım templəri son dövrlərdə artımın yavaşlaması, qeyri-bərabər bölüşdürülməsi və struktur problemlərin dərinləşməsi riskləri ilə əvəzlənir. Ermənistanın “Joğovurd” nəşri yazıb ki, 2025-ci ilin üçüncü rübündə Ermənistanın ÜDM artımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 % təşkil edib. Nəşrə görə, ilk baxışdan yüksək görünən bu göstərici davam edən müsbət meyl kimi qiymətləndirilə bilər. Lakin iqtisadi artımın tempi nəinki qənaətbəxş deyil, hətta artım dinamikasının zəifləməsi və gələcək risklərin yüksəlməsi kimi təhlükəli tendensiyaları üzə çıxarır.

İqtisadiyyatın struktur təhlili göstərir ki, artımın əsas hərəkətverici qüvvələri hələ də xidmətlər sektoru və tikinti olaraq qalır. Dünya Bankı ekspertlərinin qiymətləndirməsinə görə, hazırkı dövrdə Ermənistan iqtisadi artımının əsas mənbələrini təşkil edən xidmətlər və tikinti sahələri uzunmüddətli və dayanıqlı inkişaf üçün möhkəm təməl yaratmır.

Aydın Baxış


SON XƏBƏRLƏR