"İfrat yoxsulluq problemi həll olunmağa yaxındır. Bu, daha çox ehtiyacı olan vətəndaşlar arasında "yoxsulluqdan qaçmaq üçün bacarıqların olmaması" ilə bağlıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Bəli, Ermənistanda sosial problemlər və yoxsulluq mövcuddur. Yeri gəlmişkən, yoxsulluq göstəriciləri bu yaxınlarda dərc edilib və bizim qiymətləndirmələrimizə görə, rəqəmlər kifayət qədər yaxşıdır, baxmayaraq ki, metodologiyanın dəqiqləşdirilməsinə ehtiyac var. Metodologiyadan asılı olmayaraq, ifrat yoxsulluq səviyyəsi 0,6% təşkil edir və biz 2021-ci il seçkilərində Ermənistanda baş verənləri aradan qaldırmaq vədimizi yerinə yetirməyə yaxınıq", - deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistanda yoxsulluğun ilk növbədə işsizlikdən qaynaqlandığı dövrlər geridə qalıb: "Ermənistanda yoxsulluğun yalnız bir səbəbi var: yoxsullar arasında yoxsulluqdan qaçmaq üçün bacarıqların olmaması".
Baş nazir iş bacarıqlarının inkişafına, peşəkarlığın artırılmasına və yoxsulluq şəraitində yaşayanların rifahının yaxşılaşdırılmasına kömək edəcək təhsilin həll yolu ola biləcəyini bildirib.
Zeynəb Rzayeva
Bakı 



