"Avropa Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdlərini davam etdirir".
Bakıvaxtı.az xəbə verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin Kiyevə vəsait ayırmaq qərarlarını şərh edərkən bildirib.
Kremlin sözçüsü deyib: "Prezident Vladimir Putinin dünən dediyi budur. Ona avropalıların niyə sülh prosesində iştirak etmədiyini soruşdular və prezident qeyd etdi ki, avropalılar Rusiyanı strateji məğlubiyyətə uğratmaq fikrində qaldıqları üçün danışıqlarda iştirak etmirlər".
"Onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər və bu məsələdə çox yanılırlar", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



