Avropa liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Ukrayna rəsmiləri də iştirak edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib ki, iclasda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Andrey Qnatov iştirak edəcək.
Zelenskinin sözlərinə görə, ukraynalı rəsmilər avropalı həmkarlarını dünən Moskvada ABŞ-Rusiya danışıqları barədə məlumatlandıracaqlar.
Brüsseldən sonra isə Ukrayna nümayəndə heyətinin ABŞ-a səfəri və orada aparacaqları danışıqlarla bağlı hazırlıqlar görüləcək.
Bakı 



