“Azərbaycan elminin qarşısında duran problemlər ciddi müzakirə olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti , akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda Sosial Tədqiqat Mərkəzinin təşkil etdiyi dəyirmi masada deyib.
Onun sözlərinə görə, eyni zamanda alimlərin cəmiyyətdə nüfuzunun artırılması, innovativ mühitin yaradılması, elmin idarə olunması, qiymətləndirilməsi və kadr seçimi məsələləri də müasir tələblərə uyğun şəkildə yenidən qurulmalıdır.
R.Əliquliyev deyib ki, bütün bu məsələlər mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunmalı, elmin inkişafını təmin edən yeni modellər formalaşdırılmalıdır:
“Mövcud islahatlar müəyyən müsbət nəticələr versə də, görüləcək işlər hələ çoxdur. Buna görə də elmin koordinasiyası, təhsillə inteqrasiyası və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sistemli addımların atılması vacibdir”.
Zeynəb Rzayeva
Bakı 



