• Bakı 10° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Zaxarova: NATO-nun bəyanatları danışıqları pozmaq cəhdidir

DÜNYA

03 Dekabr 2025 | 11:43

Zaxarova: NATO-nun bəyanatları danışıqları pozmaq cəhdidir

NATO-nun bəyanatları danışıqları pozmaq cəhdidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonun Rusiyaya qarşı bəyanatlarını şərh edərkən deyib.

Zaxarova bildirib ki, bəyanatlar Ukrayna ilə danışıqların intensivləşdiyi günlərdə verilib və prosesləri pozmaq məqsədi daşıyır. O vurğulayıb ki, Qərbi Avropa militarizm naminə öz biznesini məhv edir və hərbi büdcələri şişirdir.

Rusiya XİN sözçüsü əlavə edib ki, bu cür bəyanatlar informasiya hücumları və hədə-qorxular vasitəsilə razılaşmaları pozmağa yönəlib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Dekabr 2025