• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

İranlı general: "Yanlış hesablama İsrailə baha başa gələcək"

DÜNYA

03 Dekabr 2025 | 09:45

İranlı general: Yanlış hesablama İsrailə baha başa gələcək

İran İslam Respublikasına qarşı hər hansı səhv hesablama və ya təcavüz düşmənə baha başa gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iranlı general Əli Əbdullahi xəbərdarlıq edib.

O bildirib ki, İran Silahlı Qüvvələri müdafiə və hücum hazırlıqlarını artırıb.

General ABŞ və İsrailin iyun ayında İranın nüvə obyektlərinə və şəhərlərinə endirdiyi zərbələrə sərt cavab verdiklərini xatırladıb.

Xatırladaq ki, qarşıdurma iyunun 24-də atəşkəs rejimi ilə sona çatıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Dekabr 2025