• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Pakistanın Ermənistanda səfirliyi açılacaq - TARİX

DÜNYA

03 Dekabr 2025 | 13:21

Pakistanın Ermənistanda səfirliyi açılacaq - TARİX

"Ermənistan Respublikası və Pakistan İslam Respublikasının diplomatik nümayəndələri Pakistanın Ermənistanda səfirliyinin açılması istiqamətində fəal işləyirlər". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NEWS.am diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, səfirliyin gələn il açılması planlaşdırılır.

Məlumatı yoxlamaq üçün NEWS.am Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib. Nazirlik bu xəbəri təkzib etməyib.

"Ermənistan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasına dair Birgə Kommünike imzalamaqla Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq qarşılıqlı əsasda diplomatik münasibətlərin qurulması üçün nümayəndələr mübadiləsi aparmağa və bir-birlərinə lazımi köməklik göstərməyə razılaşdılar və bu, adət-ənənələrin daha da inkişafı kontekstində ictimaiyyətə çatdırılacaq", - Xarici İşlər Nazirliyinin rəsmi cavabında deyilir.

Xatırladaq ki, Ermənistan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr 2025-ci il avqustun 31-də qurulub. Həmin gün Çinin Tiancin şəhərində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Görüş çərçivəsində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə saziş imzalayıblar.

Aynur Babazadə


SON XƏBƏRLƏR

02 Dekabr 2025