• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Bərdədə ata kanalda batan qızını xilas edərkən boğuldu - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2025 | 09:34

Bərdədə ata kanalda batan qızını xilas edərkən boğuldu - YENİLƏNİB

Bərdədə müəllim özünü kanala atan ruhi xəstə qızını xilas etmək istəyərkən suda boğularaq dünyasını dəyişib.

Bakıvaxtı.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Nazırlı kəndində baş verib. Uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən kənd sakini 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən dren kanala atıb.

Bunu görən atası 1957-ci il təvəllüdlü (68 yaş) Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da suda boğularaq ölmüş, qızı kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Qeyd edək ki, dünyasını dəyişən müəllim uzun illər kənd orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıb.

***

09:28

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Nazirli kəndində baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

02 Dekabr 2025