• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq

CƏMİYYƏT

03 Dekabr 2025 | 10:14

Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq

Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturunun qurulması üzrə işlərə başlanılır.

Bakıvaxtı.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,314 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.


SON XƏBƏRLƏR

02 Dekabr 2025