• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

CƏMİYYƏT

03 Dekabr 2025 | 11:45

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.

Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.


Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026