• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Müharibədə son mərhələ: Ukraynanın taleyi Vaşinqton və Moskvada həll olunur

DÜNYA

03 Dekabr 2025 | 13:11

Müharibədə son mərhələ: Ukraynanın taleyi Vaşinqton və Moskvada həll olunur

"Rusiya-Ukrayna danışıqlarında həlledici mərhələ yaxınlaşır. Dörd ilə yaxşındır davam edən müharibə son mərhələsinə qədəm qoyub".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donaıd Trampın təqdim etdiyi sülh planı Kiyev və Avropa İttifaqı üçün hər nə qədər qəbuledilməz olsa da, Ukraynanın başqa çıxış yolunun qalmadığını da göstərir:

"ABŞ və Rusiya arasında danışıqların əsas müddəaları razılaşdırılıb. Kremlin rəsmisi Dmitri Peskov açıq bəyan etdi ki, Rusiya Ukrayna ilə bağlı danışıqları ancaq ABŞ ilə aparır. Bu, həm də Kiyevə mesajdır. Ukrayna bu danışıqlarda subyekt yox, obyektdir. Avropa ölkələri də bu danışıqlarda heç bir əhəmiyyətli rola sahib deyil”.

Müsahibimiz qeyd edib ki, əsas müzakirələr və razılaşmalar Vaşinqton və Moskva arasında aparılır. Xeyli müddəalar da razılaşdırılıb:

“Sülh planına əsasən, istənilən halda Ukrayna ərazi güzəştlərinə gedir. Bu, Rusiyanın zəbt etdiyi torpaqlar üzərində faktiki nəzarətinin təmin olunması deməkdir. Daha sonra Ukraynanın bəlli sayda, 600 mindən artıq olmayan bir orduya sahib olması, gələcəkdə NATO üzvlüyündən tam şəkildə imtina etməsi və bu məqamın ölkə konstitusiyasında əksini tapması tələb olunur. Eyni zamanda Aİ-yə üzvlük məsələsi də birdəfəlik qapadılmalıdır”.

Əhməd Şahidov: Kiyevi ağır seçim gözləyir

Ə.Şahidova görə, Ukraynanın gələcək taleyini "Siyasi Şura" adlanan, əslində Kiyevin əlində olmayan bir idarəçilik mexanizminin müəyyən etməsi gündəmdədir:

“Bunlar müstəqil bir ölkə üçün çox ağır şərtlərdir. Ölkənin suverenliyinin, ərazi bütövlüyünün itirilməsi deməkdir. Bu şərtləri qəbul etməkdən başqa təəssüf ki, Kiyevin ideal seçimi yoxdur. Əks halda müharibə davam edəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Dekabr 2025