"Əgər "istəklilər koalisiyası" öz gələcək təhlükəsizliyinin təminatı kimi ölkədə xarici qoşunların yerləşdirilməsindən istifadə etmək qərarına gəlsə, Estoniya öz hərbi kontingentini Ukraynaya göndərəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.
"Estoniya hökuməti artıq qərar verib ki, "istəklilər koalisiyası" qoşun göndərmək qərarına gəlsə, biz də bu missiyada iştirak edəcəyik", - Tsahkna NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasına gələrkən deyib.
Nazirin fikrincə, münaqişə bitərsə və ABŞ-nin vasitəçiliyi ilə razılıq əldə olunarsa, Avropa Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində birmənalı şəkildə iştirak etməlidir. O bildirib ki, qoşunların yerləşdirilməsini bu istiqamətdə zəruri addım hesab edir.
Aynur Babazadə
Bakı 



