Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bu gün Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişini şərh edib.
Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, Kanat Bozumbayev bildirib ki, istintaq iki hissəyə ayrılıb.
Onun sözlərinə görə, birincisi Baş Prokurorluğun apardığı cinayət işidir ki, orada Qazaxıstan tərəfi Rusiyadakı həmkarları ilə əlaqədədir: “İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqına aiddir ki, istintaq son mərhələdədor. Buna görə də, biz indi lisenziyalaşdırıcılardan və ya texnologiya sahiblərindən, hava naviqasiya cihazlarından və s. son nəticəni gözləyirik”.
Bozumbayev qeyd edib ki, istintaq artıq bu il və ya gələn ilin əvvəlində başa çata bilər: “Baş Prokurorluğun cinayət işinə gəlincə, onlar təmasdadırlar. Orada da irəliləyiş var, siz isə qonşu dövlətlərin müxtəlif liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, gələn il də orada başa çatacaq”.
Bakı 



