• Bakı 11° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

SİYASƏT

03 Dekabr 2025 | 00:30

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, Azərbaycan və Qambiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri müzakirə ediblər.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

02 Dekabr 2025