• Bakı C

    10.51 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Xankəndidə bayram atəşfəşanlığı keçirilib - FOTO

SİYASƏT

01 Yanvar 2026 | 00:32

Xankəndidə bayram atəşfəşanlığı keçirilib - FOTO

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub.Bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.

Bakıvaxtı.az
xəbər verir ki, doğma yurdun azad səmasında yüksələn bayram ovqatı sakinlərdə qürur, sevinc hissləri yaşadıb.Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.


SON XƏBƏRLƏR

31 Dekabr 2025