Yaponiya təşkilatlarının doqquz filialı, o cümlədən Toyota Tsusho ticarət şirkəti Ağ Evin 2025-ci ildə tətbiq etdiyi gömrük rüsumlarının əlavəsinin tam ödənilməsini tələb edərək ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi ABŞ Ali Məhkəməsinin sənədlərinə istinadən məlumat yayıb.
Şirkətlər Trampın Konqresin təsdiqi olmadan tətbiq etdiyi tariflərin qanunsuz olduğunu iddia ediblər. Agentlik qeyd edir ki, iddiaçılar məhkəmənin tariflərin əleyhinə qərar çıxarsa belə, pulu geri ala biləcəklərinə inanmırlar.
Əli Hüseynov
Bakı 



