• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Saxta “Tiktok” və “Youtube” tətbiqləri ilə virus yayılır

DÜNYA

03 Dekabr 2025 | 12:13

Saxta “Tiktok” və “Youtube” tətbiqləri ilə virus yayılır

“Daha geniş” və ya “18+” versiyaları adı altında internetdə saxta “Tiktok” və “YouTube” tətbiqləri yayılmağa başlayıb. “F6” kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri həmin tətbiqlərdə troyan tipli virusların yayıldığına dair xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, saytlarda zərərli olan belə tətbiqlərin reklamı yerləşdirilir. F6 əməkdaşları tapa bildikləri proqramların adlarını təqdim ediblər:

“ TikTok 18+”, “YouTube Max”, “YouTube Boost”, “YouTube Mega”, “YouTube Ultra”, “YouTube Plus”, “YouTube Ultima Edition”, “YouTube Pro”, “YouTube Advanced”, “Ютуб плюс” (adı kiril əlifbası ilə yazılır – red.)

Həmçinin, internetin Rusiya seqmentində “Cərimələrin ödənilməsi”, “Tıxacsız” və “EasyRide” adlı viruslu tətbiqlər də aşkar edilib.

Trend 


SON XƏBƏRLƏR

02 Dekabr 2025