• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Ginnesin Rekordlar Kitabı İsraili boykot etdi

DÜNYA

03 Dekabr 2025 | 12:15

Ginnesin Rekordlar Kitabı İsraili boykot etdi

Ginnesin Rekordlar Kitabı (GWR) İsraildən rekord müraciətlərini qəbul etməmə qərarı verib.

Bakıvaxtı.az xəbər verir ki, İsrailin “Həyat Hədiyyəsi” (Matnat Chaim) təşkilatı Qüdsdə 2,000 könüllü donorun iştirak edəcəyi dünya rekordu üçün müraciət etmişdi. Lakin Ginnesin Rekordlar Ofisi ərizəni siyasi səbəblərə görə ləğv edib.

“Həyat Hədiyyəsi” şirkətinin prezidenti Raçel Heber qərarı tənqid edərək, İsrailin tibb sahəsindəki nailiyyətlərinin tanınmamasını qəbuledilməz adlandırıb.

Qeyd edək ki, beynəlxalq boykot çağırışları İsrailin Qəzza Zolağındakı hərbi əməliyyatları ilə bağlı artıb. Son iki ildə baş vermiş hücumlarda 70 mindən çox fələstinli həyatını itirib, 170 mindən çox insan yaralanıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Dekabr 2025