ABŞ prezidenti Donald Tramp 19 ölkə vətəndaşlarının bütün sığınacaq müraciətlərini və immiqrasiya yardım sorğularını dayandırıb.
Bakıvaxtı.az bildirir ki, o bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Əfqanıstan, İran, Somali, Yəmən və digər ölkələrin vətəndaşları artıq sığınacaq müraciətlərini və immiqrasiya yardım sorğularını tamamlaya bilməyəcəklər.
Qeyd edək ki, buna səbəb paytaxt Vaşinqtonda Milli Qvardiyanın iki üzvünün Əfqanıstan vətəndaşı tərəfindən güllələnməsi olub.
Əli Hüseynov
Bakı 


