• Bakı 11° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azərbaycan və İran arasında mühüm müzakirə

SİYASƏT

02 Dekabr 2025 | 23:49

Azərbaycan və İran arasında mühüm müzakirə

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunub ki, keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüşdə baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.


SON XƏBƏRLƏR

02 Dekabr 2025