• Bakı 11° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Honkonq faciəsi: ölənlərin sayı yenə artdı... 

DÜNYA

03 Dekabr 2025 | 00:50

Honkonq faciəsi: ölənlərin sayı yenə artdı... 

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, Honqkonq polisi bu gün yanan binalarda aparılan axtarışlar zamanı daha 5 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bununla da yanğın nəticəsində həyatını itirənlərin ümumi sayı 156-ya çatıb.

Məlumata görə, ölənlərdən 127-nin şəxsiyyəti artıq müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş vermişdi.


SON XƏBƏRLƏR

02 Dekabr 2025