• Bakı C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Prezidentin çıxışı intellektual gələcəyin texnologiya istiqamətlərini müəyyən edir

CƏMİYYƏT

03 Dekabr 2025 | 12:18

Prezidentin çıxışı intellektual gələcəyin texnologiya istiqamətlərini müəyyən edir

“Prezident İlham Əliyevin çıxışları ölkəmizin intellektual elitası və gələcəyin texnologiya istiqamətləri üçün əsas istiqamətləri göstərir“.

Bakıvaxtı.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.

Məmmədov qeyd edib ki, ölkə başçısının çıxışları yalnız bu anın məsələlərini əhatə etmir, əvvəlki konseptual çıxışların davamı kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, müasir texnologiyaların tədrisi, mühəndislik və elm sahələrində yeniliklərin öyrədilməsi vacibdir. Eyni zamanda, azadlıq, kreativlik və geniş dünyagörüşlü yanaşma gənclərin yetişdirilməsində əsas rol oynayır.

“Döblətimizin başçısı Azərbaycan diasporu və xaricdə yaşayan alimlərin də nəzərə alınmasının vacibliyini qeyd edib. Bunun üçün yerli və beynəlxalq elmi platformalarda Azərbaycan alimlərinin işlərinin daha geniş yayımlanması üçün imkanlar yaradılır”, - deyə Fərhad Məmmədov qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Yanvar 2026
17 Yanvar 2026