• Bakı 13° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

5 ölkədə səhiyyə sistemi ciddi risk altındadır - ÜST-dən ÇAĞIRIŞ

DÜNYA

04 Aprel 2026 | 08:52

5 ölkədə səhiyyə sistemi ciddi risk altındadır - ÜST-dən ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdəki münaqişədən təsirlənən beş ölkədə - Livan, İran İslam Respublikası, İraq, Suriya Ərəb Respublikası və İordaniyada səhiyyə sistemlərinə təcili yardım çağırışı edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Agentlik hesabatda qeyd edir ki, bu 30,3 milyon dollarlıq (26,31 milyon avro) müraciət 2026-cı ilin mart-avqust aylarını əhatə edir və bir neçə həftə davam edən şiddətlənmiş hərbi əməliyyatlar, kütləvi köçləri və qurbanların sayının artması səbəbindən səhiyyə sistemlərinin ciddi risk altında olduğu ölkələrdə həyati əhəmiyyətli səhiyyə xidmətlərini qorumağı hədəfləyir.

Qebreyesusun sözlərinə görə, müharibə 3300 insanın həyatına son qoyub, təxminən 30 min insanın yaralanmasına və 4 milyondan çox insanın didərgin düşməsinə səbəb olub. O bildirib ki, bu müraciət zəruri səhiyyə xidmətlərini və travma müalicəsini, xəstəliklərə nəzarət və erkən xəbərdarlıq sistemlərini, kütləvi itki hadisələrinin idarə olunmasını və kimyəvi, bioloji, radioloji və nüvə fövqəladə hallarına milli hazırlığı dəstəkləməyə  kömək etməlidir.

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Aprel 2026