Los-Ancelesdə Deportasiya və Saxlamalara Nəzarət İdarəsi (U.S. Immigration and Customs Enforcement – ICE/ERO) Azərbaycanda doğulmuş 45 yaşlı Rafael Vladimiroviç Sarkisyanın saxlanılması barədə məlumat yayıb.
Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, Sarkisyan noyabrın 25-də həbs edilib. Hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində bildirdiyinə əsasən, o, daha əvvəl nəzarət olunan maddə istehsalı, tikiliyə od vurma və heyvanlara qarşı qəddar rəftar ittihamları üzrə təqsirli bilinib.
ICE-in məlumatına görə, doğulduğu ölkə – Azərbaycana deportasiya olunacaq Rafael Sarkisyan hazırda Kaliforniyada nəzarət altındadır. O, “Adelanto Detention Facility” saxlanma mərkəzində saxlanılır.
Sarkisyan hazırda deportasiya prosedurunu gözləyir.
Bakı 



