Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər Türkiyə–Fransa münasibətləri, Ukrayna–Rusiya müharibəsi və digər regional məsələləri müzakirə ediblər.
Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin müharibənin ədalətli, davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini qeyd edib. İstanbul prosesinin canlandırılması üçün təmasların davam etdiyi bildirilib.
Türkiyə lideri diplomatiyanın sülh üçün əsas vasitə olduğunu, Türkiyənin atəşkəs və sonrakı mərhələlərdə dəstəyini artıracağını ifadə edib. Görüşdə həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət nəzərdən keçirilib.
Bakı 



