• Bakı 10° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Elmin populyaşdırılmasının saytı yaradılmalıdır - TƏKLİF

CƏMİYYƏT

03 Dekabr 2025 | 11:34

Elmin populyaşdırılmasının saytı yaradılmalıdır - TƏKLİF

"Elm sahəsinin populyaşdırılması olduqca zəruridir".

Bakıvaxtı.az xəbər verir ki, UNEC-in “Elmin Populyarlaşdırılması Mərkəzi”nin rəhbəri Etibar Əliyev Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada elmin populyarlaşdırılması istiqamətində vacib təşəbbüsləri açıqlayıb.

O bildirib ki, elmin geniş ictimaiyyətə çatdırılması üçün xüsusi sayt yaradılmalıdır. Bu platforma vasitəsilə elmi yeniliklər və araşdırmalar daha geniş auditoriyaya təqdim edilə bilər:

“Ölkəmizdə elmi esse janrının inkişaf etdirilməsi zərurəti qeyd olunub və universitetlərdə elmin populyarlaşdırılması üçün xüsusi rəflərin, məkanların yaradılmasının vacibliyi vurğulanıb”.

E.Əliyev əlavə edib ki, yuxarı sinif şagirdləri üçün elmi mütaliə qrupları təşkil edilməli, kimya və digər sahələrdəki elmi əsərlər tərcümə olunaraq gənc nəsil üçün əlçatan edilməlidir.

Onun sözlərinə görə, bu təşəbbüslər gənclərin elmi fəaliyyətlərə marağını artırmaq və elmin cəmiyyətdəki nüfuzunu yüksəltmək məqsədi daşıyır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2025